Bakı. 15 yanvar. REPORT.AZ/ Kanadada ibtidai məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə "Report" CTV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Monreal şəhərindəki təhsil müəssisələrindən birində baş verib. Bildirilir ki, 35 məktəbli və təhsil müəssisəsinin 8 əməkdaşı dəm qazından zəhərlənib.
Yanğından mühafizə xidmətinin məlumatına görə, qazın yayılmasına səbəb orta məktəbin qızdırıcı sistemindəki nasazlıq olub. Məktəblilər və təhsil müəssisəsinin əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin sabit olduğu bildirilir.
Daha əvvəl Kanadada avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.