Marneulidə karantin rejimi ləğv olunur

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda mayın 18-də karantin rejimi ləğv olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu gündən Rustavi şəhəri və Qardabani rayonuna giriş-çıxış bərpa olunub: “Mayın 18-dən isə Marneuliyə giriş-çıxış qadağası götürüləcək və bu bölgənin sakinlərinin azad hərəkət imkanı olacaq”.

Qeyd edək ki, Marneuli martın 23-də karantin zonası elan olunmuşdu.

Digər xəbərlər