Marneulidə daha bir nəfərdə koronavirus aşkarlandı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda daha bir nəfərə koronavirus diaqnozu qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs ötən gün COVID-19 infeksiyasına xarakterik simptomlarla Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib.

Pasiyent ötən gün koronavirus testindən keçirilib və nəticə müsbət olub. Həkimlər onun vəziyyətini sabit qiymətləndirirlər. O, artıq Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına yerləşdirilib. 

Digər xəbərlər