Gürcüstanın azərbaycanlı icra başçısı koronavirusla mübarizəyə maddi dəstək verəcək

Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı növbəti üç ayda əməkhaqqının 1/3-ni ölkədə koronavirusla mübarizə fonduna ianə edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə bildirib.

İcra başçısı bununla COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılmasına töhvə verəcəyini deyib.

Qeyd edək ki, Gürcüstan hökuməti və parlament çoxluğunun hər bir üzvü də bu təşəbbüsü dəstəkləyib. Parlamentin azərbaycanlı deputatları – Ruslan Hacıyev, Savalan Mirzəyev və Mahir Dərziyev də koronavirusla mübarizəyə növbəti üç ayda maaşlarından pul köçürəcəklər. 

Digər xəbərlər