Fuad Muradov Vyetnama səfər edib, Azərbaycan icması ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnama səfər edib, ilk dəfə Hanoy şəhərində Azərbaycan icması ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə çıxış edərək iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Komitə sədri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xatırladıb.

Çıxışda xalqlar arasında tarixi münasibətlərin qurulması və inkişafında ümummilli liderlərin rolu barədə ətraflı məlumat verilib və hazırda bu münasibətləri iki ölkənin liderlərinin uğurla inkişaf etdirdiyi vurğulanıb.

Tədbirdə Azərbaycan Prezidentinin tarixi çıxışlarının yer aldığı videomateriallar, həmçinin vətənpərvərlik ruhunda videoçarxlar nümayiş olunub.

Vyetnamda Azərbaycan icması ilə görüş bədii hissə ilə yekunlaşıb. Azərbaycanın sənət ustalarının, habelə Bakıda təhsil almış vyetnamlıların Azərbaycan mahnılarını ifa etməsi, tədbirə xüsusi rəng qatan çıxışları sürəkli alqışlarla qarşılanıb.

Digər xəbərlər