Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda epidemioloji vəziyyət yaxşılaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, mayın 30-dan etibarən rayonda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.
Bolnisi üzrə indiyədək 185 nəfər COVID-19-a yoluxub. Onların 103-ü artıq sağalıb, 4-ü isə vəfat edib.
Rayonun iki kəndi – Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndlərində sərt karantin rejiminin tətbiqi davam etdirilir.