Zabratda iki maşın toqquşub, beş nəfər xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 5 nəfər - Rüstəmzadə Valeh Əlibala oğlu, Rüstəmzadə Murad Əlibala oğlu, Maşayev Məhəmmədəli Tofiq oğlu, Qafarov Rafael Bəşir oğlu, Əliyev Hüseyn Əziz ağa oğlu xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər