Yusif Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib

Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Y.Axund-zadə 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. Y.Axund-zadə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Y.Axund-zadəyə general-mayor rütbəsi verilib.

Digər xəbərlər

Naxçıvanda atəşfəşanlıq olub 01 yanvar, 2026 / 00:25