"Yüksəliş" müsabiqəsinin qalibləri üçün Qarabağla bağlı proqramlar hazırlanır

"Yüksəliş" müsabiqəsinin 2024-cü ildə qalib olacaq iştirakçıları üçün Qarabağla bağlı proqramlar hazırlanır.

Bunu "Report"a açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O qeyd edib ki, yarımfinalçılar Qarabağla bağlı layihələr təklif edirlər:

"Onlar bu məsələdə çox aktivdirlər. Dəfələrlə Qarabağa səfərlər olunub. İştirakçılar həmin ərazilərdə görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olublar. Onlar layihələrin müzakirəsində aktiv iştirak edirlər".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39