Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb.
Dövlət Agentliyindən "Report"a verilən məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
- Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb.
- Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.
- Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.
- Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb.
- Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb.
- İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək.
- “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə havalə olunub.
- "YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar".
"YAŞAT" Fondu hesabat açıqladı
Digər xəbərlər
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib
12 noyabr, 2026 / 15:15
Qoşqar Təhməzlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
12 noyabr, 2026 / 10:45
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
12 noyabr, 2026 / 08:04
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
12 noyabr, 2026 / 00:02
Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr, 2026 / 00:00
Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi
11 noyabr, 2026 / 19:06
Molla Eyyublu - Tarixi izləri daşlara həkk olunan Qərbi Azərbaycan kəndi
11 noyabr, 2026 / 14:59
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
11 noyabr, 2026 / 13:05
Hacıqabul səmasında Zəfər Tağı – Mehriban Əliyevadan paylaşım
09 noyabr, 2026 / 19:34
Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib
09 noyabr, 2026 / 19:03
Münhendə yaşayan azərbaycanəsilli yəhudilər Zəfər və Dövlət Bayrağı günlərini qeyd ediblər
09 noyabr, 2026 / 14:37
Draqan Vladisavljeviç Dostluq ordeni ilə təltif edilib
09 noyabr, 2026 / 14:02
Zəfər nəsli adlı gənclər düşərgəsi təşkil olunub
09 noyabr, 2026 / 12:52
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
09 noyabr, 2026 / 11:59
Gəncə və Sumqayıtda 9 Noyabr – Bayraq Günü münasibətilə hərbi yürüşlər keçirilir
09 noyabr, 2026 / 11:19
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
09 noyabr, 2026 / 08:00
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
09 noyabr, 2026 / 00:01
Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 noyabr, 2026 / 00:00