Xankəndidən çıxanda dörd yaşım var idi. Baxmayaraq ki, balaca idim, lakin böyüklərimiz bizə o torpaq, doğma yurd sevgisini aşılayıblar.
"Report" xəbər verir ki, bunu Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Taleh Həsənov jurnalistlərə açıqlamasında deyib.
O, sevincinin həddi-hüdudu olmadığını bildirib:
"Allah bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində öz yurdumuza qayıdırıq".
Qeyd edək ki, bu gün Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.