Xaçmazda ulu öndərin xatirəsi ehtiramla yad edilib

Xaçmaz rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, idarə, müəssisə və təşkilatın kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, ehtiramlarını bildiriblər.

Xəbər lenti