"Son altı ayda 50-ə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qulluğa qəbul edilib".
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
V.Hüseynov deyib ki, Miqrasiya Xidməti kiçik rütbə üçün nəzərdə tutulan vəzifəyə müsahibə elan edib.
Onun sözlərinə görə, prosesdə iştirak üçün 200-dən artıq şəxs müraciət edib.