Sədr: "Məqsədimiz digər amillərin məhkəmə qərarına təsir göstərməməsidir"

"Yeni açılan Sumqayıt Məhkəmə Kompleksi hakimlərin və məhkəmə işçilərinin fəaliyyətində öz rolunu oynayacaq"

"Report"un məlumatına görə, bunu Sumqayıt Kompleks Məhkəməsinə təşkil olunan media-tur zamanı keçirilən brifinqdə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev deyib.

O bildirib ki, bu kompleksdə hakimlər tərəfindən qanuni və ədalətli qərarlar qəbul edilməlidir: "Əks halda, bu gözəllik öz əhəmiyyətini itirir. Keçirilən hər iclasda bu kimi meyarların təbliği üstünlük təşkil edəcək. Məqsədimiz məhkəmə prosesində digər amillərin qəbul edilən qərara öz təsirini göstərməməsidir".

Digər xəbərlər