Şirvanda 2 saata 3387 nəfər səs verib - VİDEO

46 saylı Şirvan seçki dairəsində də bələdiyyə seçkiləri ilə əlaqədar səsvermədə fəallıq nümayiş olunur.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, 43 259 seçicinin olduğu dairədə 34 seçki məntəqəsi fəaliyyət göstərir. 12 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçkiləri 395 yerli müşahidəçi izləyir.

Qeyd edək ki, Şirvanda 2 bələdiyyə üzrə 26 yerə 94 nəfər namizədliyini irəli sürüb. DSK-dan verilən məlumata görə, saat 10:00 radələrinə kimi seçicilərin 7,83 faizi, yəni, 3387 nəfəri səsvermədə iştirak edib.

Digər xəbərlər