Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Bakı. 30 avqust. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, qəbul sentyabrın 21-i saat 10:00-da xidmətin Şəki rayon şöbəsində keçiriləcək. 

Görüşdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir. 

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39