Artıq Milli Məclisə seçkilərlə əlaqədar 3200-dən artıq məntəqənin nəticələri Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.
“Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, məntəqələrin 70-75-dən çoxu MSK-ya daxil olanda ilkin məlumatlar açıqlanır. Hazırda 60,3 faiz məlumatlar daxil olub. Bu gecə ilkin nəticələr ictimaiyyətə açıqlanacaq.
MSK sədri bildirib ki, Milli Məclisə seçkilərə 20 gün müddətində yekun vurulacaq.