MSK: "Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq"

Fevralın 7-də keçiriləcək prezident seçkilərində səs verəcək seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: "Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişlərdə təbrik bəndi də olacaq. Çünki orada ilk dəfə səsvermə keçiriləcək. Həmin insanların belə bir təbrikə almağa haqları var".

Digər xəbərlər