Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər açıqlanıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgəranda ofislərin fəaliyyətə başlaması gözlənilir.

"Məsələnin dərindən müzakirəsi yəqin ki, gələn il olacaq", - N.Aslan vurğulayıb.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39