Qərbi Azərbaycan Xronikası: Erməni düşüncəsinə görə, Türk öldürülməlidir

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub.

O, ötən əsrin əvvəlində - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlardan, ermənilərin əsas məqsədlərindən söhbət açıb.

Bildirib ki, 31 mart soyqırımı Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu faciədir. Tarixçi-alimin sözlərinə görə, həmin dövrdə imperialist dövlətlər vətənsiz ermənilərə vətən yaratmağı söz veriblər. Bundan irəli gələrək, müxtəlif partiya və təşkilatlar səviyyəsində birləşən, silah-sursat toplayan ermənilər müsəlman-türk əhaliyə, silahsız insanlara qarşı qətliamlar törədiblər. Ermənilər 1918-ci ildə Osmanlı ərazisi ilə yanaşı, Şimali Azərbaycanda, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda da dinc insanları amansızlıqla qətlə yetiriblər. Başlıca hədəf isə bu coğrafiyada yerli əhalinin tamamilə məhv edilməsi hesabına dənizdən-dənizə uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub.

Professor A.İsgəndərov vurğulayıb ki, əslində bu hadisələr ermənilərin uzun illər müsəlman türklərə bəslədikləri nifrətin bariz nümunəsidir.

Tarixçi-alim qeyd edib ki, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Gürcüstan arxivlərində ermənilərin soyqırımı cinayətlərinə dair çoxsaylı sənədlərə rast gəlinib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Xəbər lenti