Bakı. 28 yanvar. REPORT.AZ/ “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir”.
Prezident İlham Əliyev: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalqın xidmətçiləridir”
Digər xəbərlər
Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
09 oktyabr, 2026 / 14:35
Bakıda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunub
09 oktyabr, 2026 / 13:24
Gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət mövzusunda panel müzakirə keçirilib
09 oktyabr, 2026 / 11:55
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
09 oktyabr, 2026 / 11:07
Qərbi Azərbaycanın yaddaş yerləri: Ağkəndin deportasiya və etnik təmizləmə tarixi
08 oktyabr, 2026 / 14:09
DTX əməkdaşı: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir
08 oktyabr, 2026 / 13:19
Rüfət Əliyev: İndiyə qədər 328 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib
08 oktyabr, 2026 / 12:03
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb
08 oktyabr, 2026 / 10:07
Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
08 oktyabr, 2026 / 09:39
Ədalət Həsənov: 474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb
08 oktyabr, 2026 / 09:37
Fərid Əhmədov: Dövlət pul tələbləri ilə bağlı icra sənədlərinin icrasını bazara ötürəcək
07 oktyabr, 2026 / 22:09
Nazir: Cəzaçəkmə müəssisələrində 1100 məhkum sertifikatlaşmış peşə hazırlığına cəlb olunacaq
07 oktyabr, 2026 / 21:51
Fərid Əhmədov: Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir
07 oktyabr, 2026 / 21:45
Fərid Əhmədov: Son 4 il ərzində ekspertizaya daxil olan işlərin sayında 45 % artım var
07 oktyabr, 2026 / 21:37
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiq edilib
07 oktyabr, 2026 / 17:42
Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib
07 oktyabr, 2026 / 15:38
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib
07 oktyabr, 2026 / 13:28
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib
07 oktyabr, 2026 / 13:26