Ötən il 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib

Ötən il 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib.

"Report"un xəbərinə görə, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, 9 müqavilə qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 14261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib və 797 şəhadətnamə verilib.

Digər xəbərlər