Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün doğma yurduna yola salınan köç karvanı Xocavəndə çatıb, ailələrə mənzillərin açarları təqdim olunub.

"Report"un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

"Report"un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 46 ailə olmaqla, 177 nəfər qayıdıb.

Ailələri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Digər xəbərlər

Ombudsman növbəti qəbul keçirib 24 aprel, 2026 / 18:37