Naxçıvanda “ASAN xidmət” mərkəzi yaradıldı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzi yaradılıb.

"Report" xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı fevralın 19-da sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə “ASAN xidmət” mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etmək tapşırılıb.

Xəbər lenti