Bakı. 28 avqust. REPORT.AZ/ Müsavat Partiyasının üzvü Tural Abbaslı partiya başqanlığına namizədliyini irəli sürüb.
Report xəbər verir ki, bu barədə Tural Abbaslı özü məlumat yayıb. O bildirib ki, namizədliyi, artıq qeydə alınıb.
Qeyd edək ki, Müsavat başqanlığına namizədlərin irəli sürülməsi prosesi bu gün başlayıb və sentyabrın 17-dək davam edəcək.