Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Bu barədə “Report”a Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir: “Bununla bağlı müzakirələr davam etdirilir”.

Digər xəbərlər