"Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”i ona görə yaradılıb ki, zənglərə operativ cavab verilsin".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, “Qaynar xətt”ə edilən zənglərə operativ və qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməlidir: "Sabah da əgər şikayət daxil olsa, tez iclas edib mütləq araşdırılacaq".