MSK təşviqat qruplarının məşvərətçi səs hüquqlu üzvlərini və səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 27 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü təsdiq edilib, təşviqat qrupunun səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxslər qeydə alınıb.

Bundan başqa, “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri də MSK-da qeydiyyatdan keçiblər. Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Sonda cari məsələlərə baxılıb. 

Xatırladaq ki, referendum sentyabrın 26-da keçiriləcək.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39