"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, 5 020 280 seçki bülleteninin böyük əksəriyyəti çap edilib".
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, dekabrın 16-dək bu prosesə yekun vurulması nəzərdə tutulub:
“Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.