​MSK sədri deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına cavab verib

Bakı. 19 iyun. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə müşahidəçilərin səsvermə prosesini izləməsinə maneə törədilməyib.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına münasibət bildirərkən deyib.
O bildirib ki, beynəlxalq və yerli müşahidəçilər seçki prosesinə kölgə salınmasının əbəs olduğunu bildirib: “Müşahidəçilər səsvermə prosesinin gedişindən razı qalıblar. Mən onlara Mərkəzi Seçki Komissiyası adından minnətdarlığımı bildirirəm”.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39