Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının tarixi məlum olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında bildirib ki, növbəti iclas mayın 8-də keçiriləcək.
Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib: "Gündəliyə "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib".