Milli Məclisin deputatı Almaniyaya gedəcək

Milli Məclisin deputatı Xanlar Fətiyev martın 17-də Almaniyaya səfər edəcək.

Milli Məclisdən "Report"a verilən məlumata görə, o, Berlində “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.

Tədbirdə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, bu sahədə parlamentarilərin rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. 

Səfər martın 20-də başa çatacaq.

Digər xəbərlər