Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, onlardan DSK-larda 40 min 955 nəfər akkreditasiyadan keçib.
M.Pənahov bildirib ki, proses davam edir.