Bakı. 12 aprel. REPORT.AZ/ “Səsvermənin gedişi nizamlı-intizamlı olub. Həm beynlxalq, həm də yerli müşahidəçilərin prosesi izləyib. Bütün müşahidəçilərin fikirləri müsbətdir”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, kifayət qədər nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir.
MSK sədri deyib ki, müşahidəçilər hər hansı neqativ hala rast gəlmədiklərini qeyd ediblər.