Bakı. 13 iyul. REPORT.AZ/ Dövlət büdcəsindən Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacaq. "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı çıxışında həmçinin yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirib.