​İlham Əliyev İran prezidentinə başsağlığı verib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

“Report” xəbər verir ki, məktubda bildirilir:

“Hörmətli cənab prezident, ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Digər xəbərlər