Nərimanov Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib.
"Report" xəbər verir ki, 200-dən çox rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycanın on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.
Fleşmob gənclərin, Heydər Əliyev Mərkəzinin ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.