Gəncədə 36 yaşlı qadını avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 1985-ci il təvəllüdlü A.Babayevanı avtomobil vurub. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər