Gələn ilin büdcəsində Nazirlər Kabinetinə ayrılacaq vəsait 1,5 milyon manat azaldılacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb.

Belə ki, növbəti il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq. Bu, 2017-ci ildəki vəsaitdən 1 milyon 543 min 51 manat azdır.

Digər xəbərlər

Azərbaycanda nikahlar azalıb 20 noyabr, 2026 / 15:02
Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05