Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə baş tutub.
"Report"un Qərb bürosunun məlumatına görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Ruslan Ağamirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən, sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına olan xüsusi diqqət və qayğıdan danışıb. Natiq çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, texniki-normativ sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
FHN Gəncədə texniki təhlükəsizliklə bağlı seminar-müşavirə keçirib
Digər xəbərlər
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
24 oktyabr, 2026 / 21:06
Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib
24 oktyabr, 2026 / 19:22
Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur
24 oktyabr, 2026 / 12:41
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
24 oktyabr, 2026 / 10:06
Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb
23 oktyabr, 2026 / 20:33
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 15:24
İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
23 oktyabr, 2026 / 12:33
Fərhad Xəlilov İstiqlal ordeni ilə təltif edilib
23 oktyabr, 2026 / 12:27
Mürsəl İbrahimov Şuşada vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 12:19
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
23 oktyabr, 2026 / 11:52
Cəlilabadın icra başçısına yeni müavin təyin olunub
23 oktyabr, 2026 / 11:12
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
23 oktyabr, 2026 / 10:08
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
22 oktyabr, 2026 / 18:22
Ağdam, Ağdərə və Tərtərdə minalanmış bəzi sahələrin koordinatları müəyyənləşib
22 oktyabr, 2026 / 13:48
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 oktyabr, 2026 / 13:31
Qərbi Azərbaycanın yaddaş yerləri: Ardanış kəndinin tarixi keçmişi
22 oktyabr, 2026 / 12:52
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
22 oktyabr, 2026 / 12:19
Yardımlıya yeni icra başçısı təyin edilib
22 oktyabr, 2026 / 12:17
Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
22 oktyabr, 2026 / 12:15