Fərid Əhmədov Naxçıvanda vətəndaşları qəbul edib

Bu gün ədliyyə naziri Fərid Əhmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

"Report"un yerli bürosu xəbər verir ki, qəbulda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından ümumilikdə 56 vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər