Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Bakı. 25 aprel. REPORT.AZ/ Ali Məhkəməyə yeni hakim seçilib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiq edilib.

Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05