Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi 27 sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Bu barədə "Report"a ETSN-dən məlumat verilib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.