“16 saylı Yasamal ikinci seçki dairəsində seçkilər çox səliqəli keçdi”.
“Report”un xəbərinə görə, bunu 16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputatlığa namizəd Erkin Qədirli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim 29 məntəqənin hər birində 2 müşahidəçimiz oldu. Ümumilikdə, 16 saylı Yasamal ikinci seçki dairəsində seçkilər yaxşı keçdi. İnzibati müdaxilə, demək olar ki, olmadı. Həmçinin bizim dairədə “karusel” olmadı, qutulara əlavə bülletenlər də atılmadı. Əgər seçicilər məni seçibsə, onlara fayda verməyə hazıram”.
Qeyd edək ki, 16 saylı Yasamal ikinci Seçki Dairəsinin qalibi E.Qədirlidir. İlkin nəticələrə əsasən, o, səslərin 35,6%-ni qazanıb.