Əli Hüseynli: “Bir gün təqvimimizə Qərbi Azərbaycana qayıdış günü də salınacaq”

“İnanırıq ki, bir gün təqvimimizə Qərbi Azərbaycana qayıdış günü də salınacaq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, maddi-mədəni irsimizdən danışarkən islam və xristianlıqla kəsişən tarixi irsimizə sahib çıxmalıyıq: “Bu gün təqdimatı keçirilən kitab tariximizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir”.

Digər xəbərlər