Əli Həsənov: “Müsavat Partiyası təkliflərini görüşlərin cari məsələlər bölümündə qaldıra bilər”

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Müsavat Partiyasının iqtidar-müxalifət görüşündə iştirak etməməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, Müsavat Partiyasının imkanı var ki, keçirilən görüşlərin cari məsələlər bölümündə təkliflərini irəli sürsün. 

O bildirib ki, iqtidar-müxalifət görüşündə əvvəldən nəzərdə tutulan məsələlərlə yanaşı, gündəliyə edilən yeni təkliflər də müzakirə olunur: "Siyasi partiyalardan gələn təkliflərin çoxu hansı məsələni gündəmə gətirirsə, onu da müzakirə edirik".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39