Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində “Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Gəncə şəhər idarəsinin akt zalında davam edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs edib, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açıb, onun dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd olunub. Natiqlər müstəqillik qazanıldıqdan sonra da Ulu Öndərin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıb.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilib “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Digər xəbərlər
İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
23 oktyabr, 2026 / 12:33
Fərhad Xəlilov İstiqlal ordeni ilə təltif edilib
23 oktyabr, 2026 / 12:27
Mürsəl İbrahimov Şuşada vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 12:19
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
23 oktyabr, 2026 / 11:52
Cəlilabadın icra başçısına yeni müavin təyin olunub
23 oktyabr, 2026 / 11:12
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
23 oktyabr, 2026 / 10:08
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
22 oktyabr, 2026 / 18:22
Ağdam, Ağdərə və Tərtərdə minalanmış bəzi sahələrin koordinatları müəyyənləşib
22 oktyabr, 2026 / 13:48
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 oktyabr, 2026 / 13:31
Qərbi Azərbaycanın yaddaş yerləri: Ardanış kəndinin tarixi keçmişi
22 oktyabr, 2026 / 12:52
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
22 oktyabr, 2026 / 12:19
Yardımlıya yeni icra başçısı təyin edilib
22 oktyabr, 2026 / 12:17
Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
22 oktyabr, 2026 / 12:15
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
22 oktyabr, 2026 / 12:14
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
22 oktyabr, 2026 / 10:58
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
21 oktyabr, 2026 / 18:41
İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
21 oktyabr, 2026 / 17:11
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
21 oktyabr, 2026 / 17:03
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
21 oktyabr, 2026 / 14:45