Bu gün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirlik əməkdaşları və hərbi qulluqçular Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıblar.