Deputatlığa namizəddən yenilik - surdo-tərcümədən istifadə etdi - VİDEO

23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Zaur Darabzadə seçicilərinə və ictimaiyyətə müraciətində yenilikdən istifadə edib.

"Report" xəbər verir ki, gənc namizəd videomüraciətində surdo-tərcüməyə yer ayırıb.

Zaur Darabzadə müraciətində seçki platformasına aid olan bütün məsələləri qeyd edib və özü haqqında məlumat verib. O, jest dili vasitəsi ilə eşitmə və danışma qabiliyyəti olmayan seçicilərinə öz mesajını çatdırıb.

Deputatlığa namizədin bu addımı ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Digər xəbərlər