Üzeyir Hacıbəylinin baş redaktorluğu ilə 1918-20-ci illərdə nəşr edilmiş "Azərbaycan" qəzetinin materialları latın qrafikalı əlifba ilə yenidən işıq üzü görür.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə ADA Universitetində keçirilən “Qərbi Azərbaycan mövzusu 100 ildə” mövzusunda dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, "Azərbaycan" qəzetində Qərbi Azərbaycanla bağlı materialların ümumi həcmi kifayət qədər çoxdur:
"Qəzetin bir çox nömrələrində Qərbi Azərbaycanla bağlı ciddi faktlar var. Biz 80 ildən çox həmin məlumatları oxuya bilməmişik. Çünki o qəzet ərəb qrafikası ilə nəşr olunub. Artıq bu problem də həll olunmaqdadır".